ABŞ administrasiyası Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 "Patriot" raket avadanlığının satışını təsdiqləyib.
Bakıvaxtı.az Pentaqonun məlumatına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Almaniyaya yeni silah satışını təsdiqləyib.
Açıqlamaya görə, ABŞ tərəfindən Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 ədəd "Patriot" raketinə aid avadanlıq veriləcək.
Bu tədarüklə Almaniyanın Ukraynaya külli miqdarda silah bağışladıqdan sonra azalan ehtiyatlarını dolduracağı gözlənilir.
Əli Hüseynov
















