• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Zimbabvedə 200 fil öldürüləcək

DÜNYA

15 Sentyabr 2024 | 10:00 | Müəllif: Subhan Mahmudov

Zimbabvedə 200 fil öldürüləcək

Zimbabve hakimiyyəti, ölkədəki misli görünməmiş quraqlıq və bunun səbəb olduğu qida çatışmazlığı səbəbindən 200 filin öldürülməsini planlaşdırır. Eyni zamanda, bu tədbir, sürətlə artan fil populyasiyasını idarə etməyə yönəldilib.

Bakıvaxtı.az bildirir ki, ölkənin Ekologiya Nazirliyinin məlumatına görə, Zimbabvedə fil sayı ehtiyacdan çoxdur. Bu səbəbdən hökumət, təbiət parkı ZimParks-ın mütəxəssislərinə bu heyvanların kəsilməsinə başlamağı əmr edib.

Mütəxəssislərin verdiyi məlumata görə, Zimbabvedə təxminən 100 min fil yaşayır və ölkə fil populyasiyasına görə Botsvanadan sonra ikinci yerdədir.

Hökumət, bu addımın su təchizatındakı problemləri azaltacağına və quraqlıq səbəbindən aclıq çəkən minlərlə insanı ətlə təmin edəcəyinə ümid edir./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR