İsrail Qəzzada 2 ayrı bölgəni vurub.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu Fələstində yenidən mülki insanları hədəfə alıb.
Məlumata görə, Qəzza zolağının Bəni Süheyla şəhərində bir evə hava hücumu nəticəsində 10 nəfər ölüb.
Nuseyrat Qaçqınlar Düşərgəsindəki binanı hədəf alan hava hücumunda isə 4 nəfərin öldüyü bildirilib.
Qeyd edilib ki, hər iki hücum nəticəsində çox sayda insan yaralanıb.
Nuriyyə Musayeva
















