Braziliyada Ali Məhkəmənin yaxınlığında hücum olub.
Bakıvaxtı.az bu barədə "Agency Brasil"ə istinadla xəbər verir.
Məlumata görə, paytaxt Braziliyada STF yaxınlığındakı meydanda iki partlayış səsi eşidilib və Ali Məhkəmədəkilər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Səlahiyyətlilər bunun intihar hücumu olduğunu açıqlayıb.
Partlayışlar nəticəsində 1 nəfər ölüb.
Bölgəyə çoxlu polis və yanğınsöndürmə briqadası göndərilib.
Nuriyyə Musayeva