• Bakı 21° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

ABŞ-da atışma zamanı polis əməkdaşı öldürüldü

DÜNYA

16 Oktyabr 2021 | 19:51

ABŞ-da atışma zamanı polis əməkdaşı öldürüldü

ABŞ-ın Texas ştatında atışma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Hyuston şəhərində baş verib. Atışma zamanı bir polis əməkdaşı öldürülüb, daha iki nəfər yaralanıb.

Şəhərin Polis İdarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları barlardan birinin yaxınlığındakı küçədə soyğunçuluğun qarşısını almağa çalışıblar. "Pusquya düşəndə ​​bir şübhəli şəxsi yaxalamağa və ya həbs etməyə çalışıblar", - deyib.

CNN-in məlumatına görə, başqa bir cinayətkar polisə arxadan yaxınlaşaraq, tüfəngdən bir neçə atəş açıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda cinayətkarların axtarışı aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026