Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə nazirini istefaya göndərməsinin səbəblərini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, naziri dünən Azərbaycanla sərhəddə baş verənlərə görə istefaya göndərdiyini söyləyib.
"Qərar dünən Azərbaycanla sərhəddə baş verən hadisələrin analizindən sonra verildi. Səhər Arşak Karapetyana fəaliyyətinə görə təşəkkür etdim. Amma müdafiə nazirinin dəyişdirilməsi labüd idi".
Xatırladaq ki, Azərbaycan Ordusu dünən Zəngəzurda 3 istiqamətdə irəliləyərək öz mövqelərini yaxşılaşdırıb.
Vüqar İsmayılov
















