• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ticarət mərkəzində yanğın, 500-ə yaxın insan köməksiz qaldı - Honqkonqda

DÜNYA

15 Dekabr 2021 | 11:50

Ticarət mərkəzində yanğın, 500-ə yaxın insan köməksiz qaldı - Honqkonqda

Honqkonqda yerləşən “Dünya Ticarət Mərkəzi”ndə (World Trade Center) yanğın başlayıb.

Bakıvaxtı.az “Dimsum Daily” portalına istinadən xəbər verir ki, yanğın Bakı vaxtı ilə 08:00 radələrində başlayıb.

38 mərtəbəli binadan indiyə qədər 165 nəfər təxliyyə olunub.

Bununla yanaşı, 100-ə yaxın insan beşinci mərtəbənin yaxınlığında açıq platformada, 350 nəfər isə binanın yuxarı hissəsində köməksiz qalıb. Hələ ki, 8 nəfərin xəsarət aldığı məlumdur.

“Dünya Ticarət Mərkəzi”ndə mağaza, restoran və ofislər yerləşir. Təmir səbəbindən binanın dayanacağından 5-ci mərtəbəyə qədər ərazi bağlı olub və buradakı ticarət məntəqələri fəaliyyət göstərməyib.

Yanğının birinci mərtəbədə yerləşən texniki otaqda baş verdiyi və buradan yayıldığı təxmin edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR