• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

”Yutubda 10 milyarddan çox baxış toplamış ilk VİDEOÇARX

DÜNYA

14 Yanvar 2022 | 04:12 | Müəllif: Qalib İbrahimoğlu

”Yutubda 10 milyarddan çox baxış toplamış ilk VİDEOÇARX

“Baby Shark” (“Balaca köpəkbalıqlarının rəqsi”) adlı mahnıya çəkilmiş klip yutub kanalında 10 milyard baxış toplamış ilk videoçarx olub.

Bakıvaxtı.az xəbər verir ki, videoçarxda balaca oğlan və qız rəqs edərək mahnı oxuyur, digər dəniz canlıları ilə birlikdə yosunlar və mərcanlar arasında yaşayan balaca köpəkbalığının və onun ailəsinin həyatından bəhs edilir.

Videoçarx Cənubi Koreyanın “Pinkfond” şirkətində istehsal edilib. Şirkətin verdiyi məlumata görə, bu klipə dünyada baxış sayı planetmizin əhalisinin sayından çoxdur. Klipin müəlliflərin fikrincə, Yer kürəsinin bütün sakinləri azı bir dəfə “Balaca köpəkbalıqlarının rəqsi” videoçarxına baxıblar.

2016-cı ilin yayında meydana gəlmiş “Baby Shark” kompozisiyası öz melodiyasının yaddaqalan olması sayəsində qısa müddətdə inanılmaz dərəcədə populyarlıq qazanıb, dünya musiqi çartlarına düşüb, hətta Youtube-da ən çox baxılan videoçarx kimi Ginnesin rekordlar kitabına daxil edilib(qafqazinfo.az) 2020-ci ilin noyabr ayında bu klipə baxış sayı 7 milyarda çatmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026