Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kanadanın Baş naziri Castin Trüdo arasında telefon danışığı olub.
Bakıvaxtı.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri öz Tvitter hesabında yazıb.
Siyasətçilər Ukraynadakı gərginliyi azaltmaq üçün diplomatik səyləri müzakirə ediblər.
Zelenski maliyyə yardımına görə Trüdoya təşəkkür edib.
“Mən dostum Castin Trüdo ilə müttəfiqlərimizin diplomatik gərginliyi azaltma səyləri haqqında mühüm söhbət etdim. Mən Kanadanın Ukraynanı gücləndirmək üçün əhəmiyyətli maliyyə paketi təqdim etmək qərarını alqışlayıram”, - deyə Ukrayna Prezident yazıb.
Onun sözlərinə görə, bu, Ukrayna və Kanadanın bir yerdə olduğuna dair güclü siqnaldır.
Zelenski həmçinin öz Telegram kanalında Kanadaya "Rusiya Federasiyasına diplomatik təzyiqlərə sadiqliyinə" görə minnətdarlığını bildirib.
















