• Bakı 19° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Zelenski tələsik Polşaya gedib? - AÇIQLAMA

DÜNYA

14 Mart 2022 | 23:24 | Müəllif: Subhan Mahmudov

Zelenski tələsik Polşaya gedib? - AÇIQLAMA

Ukrayna Prezidenti Vladimir Zelenski hələ də Kiyevdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəsmisi Kirilo Timoşenko məlumat verib.

“Bankova küçəsindəyəm, prezident kimi, prezident aparatının rəhbəri kimi. Deyə bilərik ki, biz gecə-gündüz işləyirik və Bankovayada (Zelenskinin ofisinin yerləşdiyi küçə - red.) yerləşirik. Küçədə videolar çəkirik ki, insanlar saxtakarlığa inanmasın”, - Timoşenko vurğulayıb.

Qeyd edək ki, daha öncə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ali Radanın deputatlarına istinad edərək, Zelenskinin tələsik Kiyevi tərk edərək Lvova getdiyini, daha sonar isə Polşaya istiqamət aldığını iddia etmişdi.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR