• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir ölkənin səfirliyi Kiyevə DÖNDÜ

DÜNYA

13 Aprel 2022 | 22:28 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir ölkənin səfirliyi Kiyevə DÖNDÜ

Çexiyanın Ukraynadakı səfirliyi Kiyevə işini bərpa edib.

Bakıvaxtı.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi "Twitter" səhifəsində paylaşım edib.

Məlumatda qeyd olunur ki, Çexiya bayrağı yenidən Çexiyanın Kiyevdəki səfirliyi üzərində dalğalanır.

"Diplomatlarımız geri döndü. Bu, Ukraynaya dəstəyimizi göstərmək üçün atdığımız çoxsaylı addımlardan biridir. Çexiya hər zaman Ukraynanın yanında olacaq”, - XİN-in paylaşımında vurğulanır..

Qeyd edək ki, Çexiyanın Kiyevdəki səfirliyi fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi günü Kiyevdəki fəaliyyətini dayandırıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026