• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukraynada müharibə başlayandan 1 200-dən çox uşaq itkin düşüb

DÜNYA

13 May 2022 | 19:12

Ukraynada müharibə başlayandan 1 200-dən çox uşaq itkin düşüb

Rusiyanın genişmiqyaslı müharibəsi başlayandan indiyədək Ukraynada 1 214 uşaq itkin düşüb.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin uşaq hüquqları və reabilitasiyası üzrə komissarı Daria Gerasimçuk brifinqdə bildirib.

O, həmçinin bildirib ki, bu gün 90 uşaq axtarışdadır.

Bundan başqa, onun sözlərinə görə, 2 389 uşaq Rusiyaya aparılıb.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 226 uşaq ölüb, daha 417-si yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026