• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Zelenski Boris Nemtsov mükafatının laureatı olub

DÜNYA

12 Iyun 2022 | 13:27

Zelenski Boris Nemtsov mükafatının laureatı olub

Bu il Boris Nemtsov mükafatının laureatı Ukrayna prezidenti Volodimir Zelenski olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Boris Nemtsovun “Azadlıq uğrunda” Fondu məlumat yayıb.

Nemtsov Fondu mükafatı müharibə şəraitində olan Ukrayna nümayəndələrinə təqdim etmək qərarına gəlib. Namizədlər arasında Kiyev meri Vitali Kliçko, “Okean Elzy” qrupunun rəhbəri Svyatoslav Vakarçuk, döyüş həkimləri-könüllülər birliyinin təsisçisi Yuliya Paevskaya (Taira), prezidentin müşaviri Aleksey Aretoviç və başqaları olub.

Fondun təsisçiləri və İdarə Heyətinin səsverməsinin nəticələrinə əsasən, Ukrayna prezidenti qalib olub.

Bundan başqa, Amerikanın “Time” nəşrinin oxucularının fikrincə, mayda Zelenski ilin ən nüfuzlu adamı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026