• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin-Bayden danışığının TƏFƏRRÜATI

DÜNYA

13 Fevral 2022 | 00:04 | Müəllif: Qalib İbrahimoğlu

Putin-Bayden danışığının TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti vVadimir Putin arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, Ağ Ev və Kreml telefon danışığı ilə bağlı detalları açıqlayıb.

Ağ Evin açıqlamasında bildirilir ki, Baydenlə Putin Rusiya-Ukrayna sərhədində gərginliyin artmasını müzakirə ediblər:

“Prezident Co Bayden bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna sərhədlərində hərbi gərginliyin artması ilə bağlı danışıqlar aparıb.

Bundan əlavə, Bayden Putinə ABŞ-ın Ukrayna ətrafında istənilən ssenariyə və Rusiya ilə diplomatiyaya hazır olduğunu bildirib”.

Əlavə edilir ki, Amerika lideri “açıq ifadə edib ki, Rusiya Ukrayna ətrafında eskalasiya tədbirləri görsə, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə buna sərt cavab verəcək, nəticədə isə Moskva “sürətli və ciddi xərclərlə” üzləşəcək.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında telefon danışığından sonra jurnalistlərə bildirib ki, ABŞ Ukrayna ətrafında böhranın dinamikasında fundamental dəyişiklik görmür.

Bundan əlavə, Bayden Ukraynada qalan Amerika vətəndaşlarının taleyi ilə bağlı narahatlığını ifadə edib.

Vladimir Putinin köməkçisi Yuri Uşakov isə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, söhbət bir saatdan bir qədər çox çəkib: "Bugünkü söhbət Rusiyanın Ukraynaya guya qaçılmaz müdaxiləsi ilə bağlı Amerika rəsmiləri tərəfindən görünməmiş isteriya şəraitində keçdi. Bunu hamı bilir.

Bayden, Ukrayna ətrafında gərgin vəziyyət kontekstində gözlənildiyi kimi, mümkün anti-Rusiya sanksiyalarına toxundu, lakin eyni zamanda, Rusiya lideri ilə kifayət qədər uzun söhbət zamanı bu məsələ diqqət mərkəzində olmadı".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR