Moskvada oteldə liftin düşməsi nəticəsində iki nəfər ölüb.
Bakıvaxtı.az bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd olunub ki, lift personal üçün nəzərdə tutulub və dünyasını dəyişən də işçilər olub.
İlkin məlumata görə, liftə başqa adam olmayıb (trend). Hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyir, hadisənin səbəbləri araşdırılır.
Bildirilir ki, həyatını itirənlərdən biri liftin daxilində, digəri isə liftin üstündə təmir işləri ilə məşğul olub.
















