• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Arutyunyan erməni jurnalisti təhdid edir

DÜNYA

12 Fevral 2022 | 21:34 | Müəllif: Subhan Mahmudov

Arutyunyan erməni jurnalisti təhdid edir

Qarabağdakı rus sülhməramlı kontingentin məsuliyyət zonasında fəaliyyətini davam etdirən erməni baş separatçı Araik Arutyunyan “Politik.am” informasiya portalının rəhbəri Boris Murazini təhdid edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə B.Murazi sosial şəbəkə hesabında yazıb.

“Bir müddət əvvəl Araik Arutyunyanın tapşırığı ilə redaksiyaya 10 nəfər gəlib və özlərini ölən əsgərlərin valideynləri kimi təqdim ediblər. Onlar bildiriblər ki, mən A.Arutyunyanın əlehinə sözlərimə görə cavab verməliyəm. Məni redaksiyada görmədən gediblər, ancaq bundan sonra onlardan biri mənə zəng etdi və görüş tələb elədi”, - Murazi bildirib.

Murazi bildirib ki, insidentin səbəbi Araik Arutyunyan haqda yazdığı “Qarabağı satıb” ifadəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026