COVID-19-un Omikron variantının ilk aşkar edildiyi ölkələrdən biri olan Cənubi Afrika Respublikasında aparılan tədqiqatlar göstərdi ki, bu variantda digərləri ilə müqayisədə “asimptomatik daşıyıcıların” daha yüksək nisbəti var.
Bakıvaxtı.az aztibb.az-a istinadla xəbər verir ki, Cənubi Afrikada aparılan eksperimentin nəticələri Omikron daşıyıcılarında xəstəliyin simptom göstərmədən yayıldığını ortaya qoyub.
Araşdırmaya görə, asimptomatikliyin orta nisbəti beta və delta epidemiyalarında 2,6 % idisə, Omikronda 16 %-ə yüksəlib.
Tədqiqatçılar yeni variantın bütün dünyada sürətlə yayılmasının əsas səbəblərindən birinin bu olduğunu düşünürlər.
















