• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bu ölkədə vaksin vurdurmayanlar vergi ödəyəcək

DÜNYA

14 Yanvar 2022 | 04:30 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə vaksin vurdurmayanlar vergi ödəyəcək

Kanadanın Kvebek ştatı COVID-19-a qarşı peyvənd olunmaqdan imtina edən insanların müəyyən xidmətlərə çıxışını məhdudlaşdırdıqdan sonra daha bir addım atıb.

Bakıvaxtı.az xəbər verir ki, ştatda peyvənd olunmayanlar üçün yeni tibbi vergi tətbiq edilib.

Ştatın qubernatoru Fransua Leqo yeni maliyyə cəzasını tətbiq edəcəyini vəd edib və deyib ki, qarşıdakı həftələrdə peyvəndin ilk dozasını vurdurmaqdan imtina edənlər səhiyyə sisteminə təsirləri ödəməyə başlamalıdırlar.

“Hazırda bəzi fədakarlıq edən əhalinin 90 faizi üçün ədalət məsələsi var. Düşünürəm ki, biz onlara bu cür tədbiri borcluyuq”, - deyə o jurnalistlərə açıqlamasında bildirib.

Leqo yeni verginin məbləğini açıqlamayıb. O, Kvebekin əyalətin peyvənd pasportu tələblərinin icrasını genişləndirməyə davam edəcəyini söyləyib./medicina.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR