Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVİD-19) daha 181 nəfər vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib. Xəbərə görə, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 358 117 nəfər test edilib, 21 477 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 24 042 nəfər sağalıb.
















