• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Koronavirusa qarşı burun spreyi - 8 saata qədər...

DÜNYA

13 Yanvar 2022 | 22:33 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusa qarşı burun spreyi - 8 saata qədər...

Koronavirus infeksiyasının qarşısını ala bilən burun spreyi hazırlanıb.

Bakıvaxtı.az-ın  www.dailymail.co.uk-a istinadən verdiyi xəbərə görə, Helsinki Universitetinin alimləri tərəfindən hazırlanmış sprey müalicə laboratoriya tədqiqatlarında səkkiz saata qədər infeksiyanın qarşısını ala bilib. Məlumata görə, sprey hələ insanlarda sınaqdan keçirilməyib.

Bu burun spreyi immuniteti zəif və ciddi COVID xəstəliyi olanlar üçün nəzərdə tutulub.

Sprey laboratoriya tədqiqatlarında, "Omikron"a qarşı daha az effektiv olan məşhur monoklonal antikor müalicələrindən fərqli olaraq, digər  variantlara qarşı yaxşı nəticə göstərib.

Qeyd olunur ki, müalicə peyvəndləri əvəz edə bilməsə də, immunitet sisteminin əlavə gücləndirilməsinə ehtiyacı olan insanlar üçün faydalı qorunma mənbəyi ola bilər.

Spreyin COVID infeksiyasının səkkiz saata qədər qarşısını ala biləcəyi ehtimal olunur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026