Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə səfərinin proqramı açıqlanıb.
Bakıvaxtı.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 14-15 fevralda baş tutacaq səfərdə Prezident Ərdoğanın “Dubai Expo”da “Türk Milli Günü”nün açılışına qatılmağı və iş adamları ilə görüşəcəyi planlaşdırılır.
Səfər çərçivəsində Türkiyə və BƏƏ arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə dair danışıqların aparılacağı və yeni sazişlərin imzalanması gözlənilir.
















