“Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir”.
Bakıvaxtı.az "HaberGlobal"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Müharibənin nə vaxt başa çatacağına gəlincə, Peskov, “Əməliyyatlar vaxtında və tamamlandıqdan sonra başa çatacaq”, - deyə bildirib.
Onun sözlərinə görə, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür: “Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq".
Ramid İbrahimov
















