"Rusiya Ukrayna ilə müharibədə istifadə etmək üçün bizdən hərbi yardım istəməyib".
Bakıvaxtı.az "Haber Global"a istinadən xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien deyib.
İngiltərənin "Financial Times" qəzetinin ABŞ rəsmilərinə əsaslanan xəbərinə münasibət bildirən C.Licien detib ki, ABŞ Ukrayna məsələsində Çini hədəf alan dezinformasiya yayır: "Bu, pis niyyətdir".
Ukrayna böhranında bütün tərəflərin təmkinli davranmasını və gərginliyi artırmaq yerinə azaltmasını vacid sayan XİN sözçüsü, "Gərginliyi artıracaq addımlar yerinə diplomatik həll yollarını təşviq etməliyik" deyə əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Moskvanın Ukraynada xüsusi hərbi əməliyyatın həyata keçirilməsi üçün Çindən kömək istəmədiyini bildirib.
Ramid İbrahimov
















