Ukraynanın Mariupol şəhərində martın 9-da Rusiya ordusunun bombaladığı doğum evindən ağır yaralarla çıxarılan qadın və körpəsi həyatını itirib.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həkim Timur Marin qeyd edib ki, qadın xəstəxanaya gətirilərkən onun çanaq sümüyü əzilib, ombası yerindən çıxıb.
Marin körpənin qeysəriyyə əməliyyatı ilə çıxarıldığını, lakin heç bir həyat əlamətinin olmadığını bildirib.
Körpəsini itirən ana ağlayaraq, “İndi məni öldürün!” deyə qışqırıb.
Həkimin dediyinə görə, uaralı qadına yarım saatdan çox davam edən müdaxilə heç bir nəticə verməyib.
"Ana da, uşaq da həyatlarını itirdilər", - deyə həkim təəssüflə bildirib.
Nuranə Daxilqızı
















