• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Yaqo”nu səsləndirən amerikalı aktyor vəfat etdi

DÜNYA

13 Aprel 2022 | 16:54

“Yaqo”nu səsləndirən amerikalı aktyor vəfat etdi

Amerikalı aktyor Gilbert Qottfrid 68 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sənətçinin ailəsi rəsmi “Twitter” səhifəsində məlumat verib.

Onun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.

Qottfrid komediya ustası idi. O, “Problem Child”, “Beverly Hills Cop-2” kimi filmlərdə rol alıb.

Sənətçi həm də stendap-komik və dublyaj aktyoru kimi tanınırdı. Xüsusilə, “Disney” şirkətinin istehsalı olan “Ələddin” cizgi filmlərində tutuquşu “Yaqo”nu səsləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR