• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə..." - Ərdoğan

DÜNYA

13 May 2022 | 16:23 | Müəllif: Subhan Mahmudov

"İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə..." - Ərdoğan

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə müsbət yanaşmırıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib.

"Biz hazırda İsveç və Finlandiya ilə bağlı prosesləri izləyirik. Amma bununla bağlı müsbət düşüncə içində deyilik. Təəssüf ki, bu ölkələr terror təşkilatlarının bir növ qonaq evi kimidir. PKK İsveçdədir, DHKP-C İsveçdədir. Niderlandda qərargahları var. Hətta o ölkələrdə parlamentlərdə də təmsil olunurlar. Ona görə də bu məsələyə müsbət baxmağımız mümkün deyil", - deyə R.T.Ərdoğan bildirib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026