• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Türkiyənin bu təklifini qəbul etmədi

DÜNYA

13 May 2022 | 16:35 | Müəllif: Subhan Mahmudov

Rusiya Türkiyənin bu təklifini qəbul etmədi

Türkiyə hakimiyyəti Mariupoldakı ukraynalı hərbçilərin "Azovstal" zavodundan Berdyansk limanı vasitəsilə təxliyə olunmasını Rusiyaya təklif edib.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Krım türklərinin lideri, Ukrayna millət vəkili Mustafa Cəmil deyib.

O bildirib ki, təklifə əsasən təxliyə olunanlar Türkiyəyə gətirilməli və müharibənin bitəcəyi günə kimi bu ölkənin qonağı olmalı idi.

Lakin Rusiya müdafiə naziri Sergey Şoyqu Ankaranın təklifi ilə razılaşmayıb və Mariupolun müdafiəçilərinin təslim olmasını tələb edib.

M.Cəmilin sözlərinə görə, Türkiyə "Azovstal"dakı ukraynalı hərbçilərin həyatının xilas edilməsi üçün danışıqları hələ də davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR