• Bakı 18° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Rusiyanın İsveçrədə "donan" pulları - MƏBLƏĞ

DÜNYA

13 May 2022 | 15:11 | Müəllif: Subhan Mahmudov

Rusiyanın İsveçrədə "donan" pulları - MƏBLƏĞ

Avropa Birliyinin sanksiyaları çərçivəsində İsveçrə hakimiyyəti tərəfindən dondurulan Rusiya aktivlərinin həcmi hazırda 6,3 milyard ABŞ dolları təşkil edir.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Konfederasiyanın İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Ervin Bollinger deyib.

"Aprelin 7-nə Rusiya Federasiyasının dondurulmuş vəsaitlərinin həcmi təxminən 7,5 milyard ABŞ dollarına çatırdı. Sonra daha 2,2 milyard dollarlıq aktivlər bloklanıb. Lakin ardından İsveçrə hökuməti daha əvvəl preventiv qaydada dondurulmuş 3,4 milyard dollarlıq vəsaiti məhdudiyyətlərdən çıxarıb. Hazırda Aİ-nin sanksiyaları ilə Rusiyanın fiziki və hüquqi şəxslərinin konfederasiya tərəfindən bloklanan aktivlərin ümumi məbləği təxminən 6,3 milyard dollar təşkil edir", - E.Bollinger qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026