• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

2 türk əsgəri şəhid oldu

DÜNYA

12 Iyun 2022 | 09:33

2 türk əsgəri şəhid oldu

Pençe-Kilit əməliyyatı bölgəsində terrorçularla qarşıdurma nəticəsində Piyada Mütəxəssisi Çavuş Ömər Yıldırım və Piyada Mütəxəssisi Onbaşı Mehmet Əli Çapın şəhid olub, 2 əsgər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən verilən açıqlamaya görə, yaralanan əsgərlər dərhal xəstəxanaya göndərilib müalicələrinə başlanılıb:

“Dərin acı və hüzn içərisindəyik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, Türk Silahlı Qüvvələrinə, xalqımıza və dostlarımıza başsağlığı və səbir diləyirik. Yaralanan şəxsi heyətimizə isə tezliklə şəfalar arzulayıram”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026