• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bayden Çinə qarşı sanksiyaların müddətini daha bir il uzadıb

DÜNYA

12 Iyul 2022 | 08:59

Bayden Çinə qarşı sanksiyaların müddətini daha bir il uzadıb

ABŞ Prezidenti Cozef Bayden Honqkonqdakı vəziyyətlə əlaqədar Çinə qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatında deyilir.

“Honqkonqdakı vəziyyət, o cümlədən Çinin Honqkonqun muxtariyyətini pozmaq üçün atdığı son addımlar ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün həddindən artıq təhlükə yaratmaqda davam edir.

Bu səbəbdən 14 iyul 2020-ci ildə elan edilmiş milli fövqəladə rejim 14 iyul 2022-ci il tarixindən sonra da davam etməlidir. Honqkonqdakı vəziyyətlə əlaqədar milli fövqəladə rejimin müddətini bir il müddətinə uzadıram”, - Baydenin adından yayılan bəyanatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026