Finlandiya hökuməti digər Aİ ölkələrinə Finlandiya vizası ilə səyahət edən ruslar üçün tranzit turizmini məhdudlaşdırmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin konsulluq xidmətinin rəhbəri Yussi Tanner bildirib.
Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri bu məsələni avqustun sonunda müzakirə edəcəklər
Y.Tammer qeyd edib ki, COVID-ə qarşı səyahət məhdudiyyətləri qaldırıldıqdan sonra Rusiyadan Finlandiya ilə sərhəd keçidlərinin sayı yaz və yayın əvvəli ilə müqayisədə 10-30% artıb. Bununla belə, Finlandiya XİN rusların bu gəlişinə müdaxilə etməli olacaq.
Nazirlikdən bildirilib ki, bəzi rusiyalı turistlər Finlandiyadan tranzit məntəqə kimi istifadə edirlər, lakin Finlandiya tərəfindən verilən əvvəlki viza yalnız başqa ölkəyə tranzit üçün istifadə olunubsa, yeni Finlandiya vizası üçün müraciət rədd edilə bilər.
"Finlandiya Xarici İşlər Nazirliyi turist vizalarının sayını azaldır, respublikanın Rusiyadakı diplomatik nümayəndəliklərində qəbula yazılmaq imkanlarını məhdudlaşdırır. Bundan əlavə, gələcəkdə viza müraciətlərinə baxılma müddətinin artırılması da istisna edilmir", - deyə Y.Tannür bildirib.
Onun sözlərinə görə, Rusiyanın bəzi nəqliyyat şirkətləri Sankt-Peterburqdan bütün Avropaya birbaşa uçuşlar həyata keçirən Helsinki və Lappeenrata hava limanlarına avtomobillə səyahətlər təklif etməyə başlayıblar.
"Aİ-nin gələcəkdə bu biznes növünə müəyyən məhdudiyyətlər qoyacağı ehtimalı var".
















