Türkiyənin İstanbul şəhərində metrobusların toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
Bakıvaxtı.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, xəsarət alanların sayı 99 nəfərə çatıb.
Hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Xəsarət alan sərnişinlər xəstəxanalara yerləşdirilib, onların müalicəsi davam edir.
***00:09
Türkiyənin İstanbul şəhərində metrobusların toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
Bakıvaxtı.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Son məlumata görə, yaralı sayı 85 nəfərə çatıb.
Xəsarət alan sərnişinlərin müalicəsi davam edir və vəziyyətləri nəzarət altındadır.
Xatırladaq ki, hadisə şəhərin Avcılar bölgəsində yüksək sürətlə hərəkət edən dörd metrobusun toqquşması nəticəsində baş verib.
Qəza səbəbindən Avropa istiqamətində metrobus reysləri kəsilib.
***23:11
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada 4 avtobus toqquşub.
İstanbul valisi Əli Yerlikaya qəzada 42 nəfərin yaralandığını açıqlayıb.
Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib.
Hadisə yerində xilasetmə işləri davam edir.
















