• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İstanbulda güclü partlayış: 3 nəfər öldü -YENİLƏNİB + VİDEO

DÜNYA

09 Oktyabr 2022 | 22:39 | Müəllif: Subhan Mahmudov

İstanbulda güclü partlayış: 3 nəfər öldü -YENİLƏNİB + VİDEO

İstanbulun Kadıköydə səbəbi bilinməyən partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, partlayışdan sonra başlayan yanğında 3 nəfərin həyatını itirib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İstanbul valisi Əli Yerlikaya hadisədə 3 nəfərin həyatını itirdiyini açıqlayıb.

 

***20:59

İstanbulun Kadıköydə səbəbi bilinməyən partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbulun Fikirtəpə qəsəbəsindəki binada naməlum səbəbdən partlayış baş verib. Partlayış böyük olduğuna görə bütün Kadıköydə eşidilib.Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu yanğınsöndürən, polis və sağlamlıq qrupları göndərilib.Yanğından sonra yüksələn alov bir-birinə bitişik iki binaya keçib.

İlkin  qiymətləndirməyə görə, yanğına təbii qaz sızması səbəb olub.Yanğında 1 nəfər xəsarət alıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026