• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İranda SEPAH rəsmisinin oğlu öldürüldü

DÜNYA

08 Noyabr 2022 | 18:17 | Müəllif: Subhan Mahmudov

İranda SEPAH rəsmisinin oğlu öldürüldü

Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetinin tələbəsi, Qərbi Azərbaycan əyalətinin Sayınqala (İran hakimiyyəti Şahindej adlandırıb) şəhərinin sakini, atası İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) məsul şəxsi olan Mürtəza Şirməhəmmədi İran hakimiyyətinin hərb-polis rejimi tərəfindən öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı GünAzTV yayıb.

Bildirilib ki, tələbənin meyiti noyabrın 2-də dəfn üçün ailəsinə təhvil verilib. Qeyd olunub ki, onun atası Əliəsgər Şirməhəmmədi SEPAH-ın Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisidir. Bu səbəbdən o, oğlunun öldürülməsi barədə xəbərin yayılmasının qarşısını alıb. Ona görə də M.Şirməhəmmədinin qətli bir neçə gün sonra ictimaiyyətə məlum olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026