• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyadan vacib açıqlamalar: “Krım risk altındadır”

DÜNYA

08 Dekabr 2022 | 15:25

Rusiyadan vacib açıqlamalar: “Krım risk altındadır”

Danimarka və İsveç Rusiyanın “Şimal axını” boru kəmərlərinə hücumlarla bağlı araşdırmalarında iştirakına icazə verməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxorovanın sözlərinə görə, İsveç və Danimarka Rusiyanın əməkdaşlıq təklifini rədd edir.

Kremlin son dəqiqə bəyanatında isə Ukraynada davam edən müharibə ilə bağlı diqqətçəkən ifadələr yer alıb.

Krım yarımadasının Ukraynanın hücumlarına qarşı həssas olduğunu bildirən Kremlin sözçüsü Dmitri Peskov Krımın risk altında olduğunu deyib: "Ukrayna terror hücumlarını davam etdirdiyi üçün bölgə risk altındadır. Əldə etdiyimiz məlumatlar təsirli tədbirlərin görüldüyünü göstərir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR