• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusların Bayraqdara qarşı təxribatı... - VİDEO

DÜNYA

09 Oktyabr 2022 | 22:41 | Müəllif: Subhan Mahmudov

Rusların Bayraqdara qarşı təxribatı... - VİDEO

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatı Rusiyanın Türkiyənin “Baykar Defence” şirkətinin baş direktoru Haluk Bayraqdara qarşı təxribatının qarşısını alıb.

Bakıvaxtı.az xarici mediaya istinadla bildirir ki, bu barədə Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Ruslar məşhur “Bayraqdar” pilotsuz təyyarələrini istehsal edən “Baykar Defence” şirkətinin qurucularından biri Haluk Bayrakqdarla əlaqə saxlamağa çalışıb. Söhbət Ukraynanın Baş naziri Denis Şmıqalın adından aparılıb, onun video görüntüsü əslində "deepfake" texnologiyasından istifadə edilməklə yaradılıb”, - xəbərdə deyilir.

Kəşfiyyat rəsmiləri deyirlər ki, rusiyalı əməliyyatçılar zəng zamanı bir neçə dəfə özlərini ifşa ediblər.

"Söhbətin sonunda rusiyalı əməliyyatçılara ifşa olunduqları və cavabdehlik daşıyacaqları barədə məlumat verilib”, - məlumatda deyilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026