• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Avropanı çətin qış gözləyir" - Ərdoğan

DÜNYA

09 Oktyabr 2022 | 23:57 | Müəllif: Subhan Mahmudov

"Avropanı çətin qış gözləyir" - Ərdoğan

Avropa ölkələri bu qış Rusiyadan qaz tədarükünə qoyulan məhdudiyyətlər səbəbindən ciddi çətinliklərlə üzləşəcək.

Bakıvaxtı.az xəbər verir  ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İndi bütün Avropanı bir sual maraqlandırır: "Bu qış necə keçəcək?", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin bu qış enerji resursları ilə bağlı problemi olmayacaq.

Rusiya-Ukrayna müharibəsindən danışan Türkiyə Prezidenti qeyd edib ki, Ankara hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərdə vasitəçilikdə aparıcı rol oynayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026