• Bakı 6° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Fransada meymunçiçəyinə yoluxanlar artır

DÜNYA

11 Avqust 2022 | 00:33 | Müəllif: Qalib İbrahimoğlu

Fransada meymunçiçəyinə yoluxanlar artır

Fransada meymunçiçəyi xəstəliyinə 2 600-dən çox yoluxma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mətbuata məlumat yayıb.

Qeyd edilir ki, qərbi Avropa ölkəsində təkcə son bir həftədə infeksiyaya 362 yoluxma halı aşkarlanıb.

Təsdiqlənmiş yoluxma hallarının 99 %-i kişilərdə qeydə alınıb.

Bu arada, Fransada COVID-19 da sürətlə yayılmaqda davam edir. Təkcə son 24 saat ərzində 812 nəfər koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 87 nəfər vəfat edib (report.az). Bir gün əvvəl 66 nəfər virusdan ölüb.

Meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış yoluxucu xəstəlikdir. Onun əlamətləri ürəkbulanma, qızdırma, səpki, qaşınma və əzələ ağrısıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026