• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Fransada 10 mindən çox sakin təxliyyə olundu - SƏBƏB

DÜNYA

10 Avqust 2022 | 22:46

Fransada 10 mindən çox sakin təxliyyə olundu - SƏBƏB

Fransanın cənub-qərbində meşə yanğınlarına görə 10 mindən çox sakin təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Jironda departamentinin polis prefekturasının təhlükəsizlik üzrə müavini Martin Hepro bildirib.

Hepro əlavə edib ki, 6 min hektardan çox meşə massivi məhv olub. Yanğınlar havanın keyfiyyətinə mənfi təsir edib, zəhərli maddələrin konsentrasiyası artıb. Bu səbəbdən əhalidən açıq havada mümkün qədər az olmaq tövsiyə edilib.

Daxili İşlər Nazirliyi müəssisə rəhbərlərini könüllü yanğınsöndürənləri işdən buraxmağa çağırıb.

Yüksək temperatur və külək yanğınla mübarizəni çətinləşdirir. “Meteo France”ın məlumatına görə, iyulda ölkəyə cəmi 9,7 mm yağıntı düşüb ki, bu da bütün meteoroloji ölçmələr tarixində ilk haldır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026