• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukrayna XİN Makronun son açıqlamasına etiraz etdi

DÜNYA

13 Aprel 2022 | 17:05

Ukrayna XİN Makronun son açıqlamasına etiraz etdi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynadakı fəaliyyətlərini soyqırımı adlandırmamasından təəssüf hissi keçirir.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko “Facebook”da bildirib.

O qeyd edib ki, Ukrayna və Rusiya obyektiv səbəblərə görə, tarixən yaxın olublar, lakin “iki qardaş xalq” mifi 2014-cü ildə Krımın işğalı və Donbasa hücumla dağıdılıb.

“Rusiyalı “qardaşlar” rusdilli əhalini qorumağa gəldilər. Amma səkkiz il ərzində 14 min ukraynalı öldürüldü. Mif son olaraq Rusiya raketlərinin fevralda Ukrayna şəhərlərinə uçması ilə dağıdılıb. Qardaş xalqlar uşaqları öldürmürlər, mülki şəxslərə atəş açmırlar, qadınlara təcavüz etmirlər, yaşlılara xəsarət yetirmir və evləri dağıtmırlar”, - Oleq Nikolenko vurğulayıb.

XİN rəsmisi əlavə edib ki, rusiyalılar və ukraynalılar arasında qardaşlıq bağlarından danışmaq üçün nə mənəvi, nə də real səbəb yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026