• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Latviya öz bazalarında “Bayraktar”ların yerləşdirilməsini istəyir

DÜNYA

14 Mart 2022 | 16:22

Latviya öz bazalarında “Bayraktar”ların yerləşdirilməsini istəyir

Latviya öz bazalarında 3-6 ay müddətinə Türkiyənin “Bayraktar TB2” pilotsuz təyyarələrini  yerləşdirməsini istəyir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Artis Pabriks bildirib.

“Türkiyənin “Bayraktar TB2” təyyarələrini bir neçə ay müddətinə Latviyada yerləşdirməsinə çox şad olardıq. Əgər onlar bizim hava qüvvələri bazalarımızda 3-6 ay müddətinə yerləşdirilsəydi, biz onları sınaqdan keçirib müşahidə missiyaları üçün istifadə edə bilərdik”, - deyən nazir bunun çox xoş bir dəstək ola biləcəyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026