“Uzun illərdir müzakirəsi gedən "Avropa Ordusu" layihəsi getdikcə reallaşmağa doğru irəliləyir. Avropa Birliyi Xarici İşlər Komisarı Jozef Borel tərəfindən hazırlanmış 28 səhifəlik "Strateji Pusula" adlı sənəddə ordunun qurulması üçün bütün müddüalar yer alıb və bir neçə gün öncə bununla bağlı Avropa Birliyi ölkələri arasında bir müzakirə sənədi hazırlanıb və 27 Avropa Birliyi dövlətinin hər birinə göndərilib. Güman ki, yaxın vaxtlardan Avropa Birliyinə üzv olan dövlətlər bunsənədi müzakirəyə çıxaracaqlar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov bildirib.
O, qeyd edib ki, ilk variantda ordunun adı "Böhrana müdaxil qrupu" olacağı və tərkibi 5 min şəxsi heyətdən ibarət olacağı, hava və quru qoşunlarından ibarət olacağı haqda mətbuatda iddialar yer alıb:
“"Avropa Ordusu"nun əsas təşəbbüskarları Almaniya və Fransa iddi edir ki, sözügedən qurum NATO-ya alternativ olmayacaq və yalnızca təyinatına uyğun olaraq istifadə ediləcək. Hazırlanmış sənəddə o da qey edilir ki, NATO Avropanın təhlükəsizliyinin əsas təminatçısıdır.
Tarixə nəzər saldıqda isə "Avropa Ordusu"nun yaradılması ilə bağlı təşəbbüslər bir neçə dəfə irəli sürülüb. Hətta Fransa prezident Şarl de Qolun zamanında "Avropa Ordusu"nun yaradılması ilə bağlı təşəbbüslər irəli sürüb, amma ABŞ-ın müdaxiləsi ilə bu təşəbbüs nəticəsin qalıb.
Son zamanlar isə bu məsələ ilə bağlı yeni təşəbbüslər irəli sürülməkdədir. Görünın odur ki, mart ayında Avropa Birliyinə üzv olan dövlətlərin rəhbərləri arasında keçriləcək zirvə toplantısında bu məsələ müzakirə edilib qəbul edilə bilər”.
“23 iyun 2016-cı ildə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra sözügedən ordu ilə bağlı iddialar daha da güclənməkdədir. Bir müddət öncə ABŞ, İngiltərə və Avstraliyanın yaratdığı AUKUS müqaviləsini imzaladılar. Bu müqaviləyə əsasən Avstraliya dəyəri 60 milyard dollar olan nüvə daşıyan sualtı gəmilərin alışını dayandıraraq ABŞ-dan almaq barədə müqavilə imzaladı. Bu addım o həddə çatdı ki, tərəflər arasında diplmatik skandal yaşandı və dövlətlər qarşılıqlı şəkildə səfirlərini geri çağırdılar. Eyni zamanda son vaxtlar ABŞ-ın Yunanıstanda hərbi bazalarını artırması da Avropa Birliyini narahat edən məsələlər sırasında görünür. Təbii ki, Fransa və Almaniya tərəfindən yaradılması nəzərdə tutulan "Avropa Ordusu" layihəsinində gerçəkləşməsində təkan verən amillərdə hesab edilə bilər.
Bütün baş vermiş və baş verən bu proseslərə nəzər saldıqda isə bir sıra nəticələr çıxarmaq olar.
1. Fransa və Almaniya digər Avropa Birliyi dövlətlərini də proseslərə cəlb etməklə tədricən xarici asılılıqdan qurtulmağa, vahid valyuta olduğu kimi vahid ordu da yaratmağa çalışırlar.
2. Fransa İngiltərənin Avropa Birliyində olmaması və ona nüfuz edə bilməməsindən istifadə edərək qurumu Almaniya ilə birgə öz təsiri altında sqxlamağa çalışır.
3. Gələcəkdə ehtimalı böyük olan Rusiya və Çin təhdidinə qarşı özünün alternativ təhlükəsizlik konsepsiyasını ortaya qoymağa çalışır.
Söylənilən bu fikirlər prinsip etibarı ilə qərbin, daha dəqiq desək Avropa Birliyinin yenidən formalaşdırılması üçün ciddi cəhdlərin olduğunu deməyə əsas verir” – deyə, S.Hümbətov bildirib.
Nuranə Daxilqızı
















