İranın qərb hissəsində 5 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Məscid - Süleyman şəhərindən 58 kilometr şimal-şərqdə yerləşib, ocağı isə 10 km dərinlikdə olub.
Dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.
Qeyd edək ki, sözügedən şəhərdə 111 min nəfər əhali yaşayır.
















