• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ermənistanda deputat HƏBS EDİLDİ

DÜNYA

15 Noyabr 2021 | 18:08

Ermənistanda deputat HƏBS EDİLDİ

Ermənistan parlamentindəki müxalif "Hayastan” fraksiyasının üzvü, deputat Artur Sarkisyan həbs edilib.

Bakıvaxtı.az "news.am”a istinadən xəbər verir ki, bunu fraksiyanın üzvü Aram Vardevanyan feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, A.Sarkisyan 2016-cə ildə Zəngəzur vilayətinin Sisian rayonunun başçısı işləyib. O, bu il iyulun 17-də Cinayət Məcəlləsinin vəzifədən sui-istifadə və səlahiyyət həddini aşmaq maddələri ilə ittiham olunaraq həbs edilmişdi. A.Sarkisyan oktyabrın ortalarında 20 milyon dram (45 min dollar) girov qarşılığında zaminə buraxılmışdı və deputat kimi fəaliyyətini davam etdiriridi.

Xatırladaq ki, "Hayastan" ("Ermənistan") fraksiyasının rəhbəri keçmiş Prezident Robert Koçaryandır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026