• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Karantin rejimi martın 31-dək uzadıldı - Ukraynada

DÜNYA

15 Dekabr 2021 | 16:59

Karantin rejimi martın 31-dək uzadıldı - Ukraynada

Ukrayna hökuməti ölkə ərazisində qüvvədə olan adaptiv karantin rejimini 2022-ci il martın 31-dək uzadıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasında deyib.

O bildirib ki, ictimai məkanlara sertifikatlarla daxil olma, maska taxmaq və məsafə saxlama tələbləri müddətin sonunadək qüvvədə qalır.

Baş nazir əlavə edib ki, bu günədək əhalinin 40 faizi koronavirusa qarşı peyvənd olunub.

Qeyd edək ki, adaptiv karantin çərçivəsində regionlar epidemioloji vəziyyətdən asılı olaraq yaşıl, sarı, narıncı və qırmızı zonalara bölünüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR