• Bakı 27° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

ABŞ-də daşqınlarda ölənlərin sayı 104-ə çatdı

DÜNYA

08 Iyul 2025 | 09:30

ABŞ-də daşqınlarda ölənlərin sayı 104-ə çatdı

ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 104 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında azı 28 uşaq var. 

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 11-də daşqından zərər çəkmiş ştata səfər edəcəyini açıqlayıb.


SON XƏBƏRLƏR