• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Çində asma körpü uçdu: 5 nəfər...

DÜNYA

07 Avqust 2025 | 00:21

Çində asma körpü uçdu: 5 nəfər...

Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda asma körpünün uçması nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“İli-Qazax Muxtar Dairəsinin Çjaosu mahalının Syata rayonunda asma körpüdə kabel qırılıb, nəticədə körpünün döşəməsindəki tarazlıq pozulub, o bir tərəfə əyilib və 29 nəfər körpüdən yıxılıb, onlardan 5-i ölüb”, - məlumatda deyilir.

Qəza nəticəsində 22 nəfərin yüngül, daha 2 nəfərin isə ağır xəsarət aldığı vurğulanır. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

Asma körpü hərəkətə bağlanıb.


SON XƏBƏRLƏR

06 Avqust 2025