• Bakı 14° C

    2.37 m/s

ABŞ öz KTMT-ni yaradır

SİYASƏT

16 Sentyabr 2021 | 16:36

ABŞ öz KTMT-ni yaradır

ABŞ, İngiltərə və Avstraliya Hind-Sakit okean bölgəsinə yönəlmiş yeni bir təhlükəsizlik birliyinin yarandığını elan etdi.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bu addımın ölkələrin hərbi və xarici işlər orqanları vasitəsi ilə informasiya mübadiləsini quraraq süni intellektin və bir sıra digər texnologiyaların inkişaf etdirilməsində kiberməkanda olacaq əməkdaşlığı əhatə etdiyini bildirib.

Təmsilçinin izah etdiyi görə, söhbət Hind-Sakit okean bölgəsinə yönələcək yeni üçtərəfli təhlükəsizlik tərəfdaşlığı yaratmaqdan gedir. Bu təşəbbüs AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ) adlandırıldı.

ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, yeni təşəbbüs çərçivəsində Vaşinqton, London və Kanberra fikir mübadiləsi aparmaq üçün müdafiə və xarici siyasət sahəsində yüksək rütbəli məmurlar arasında görüşlər və qarşılıqlı əlaqə qurmaq, ortaq bir mövqe ortaya qoymaq üçün yeni bir sistem yaratmaq niyyətindədir.  Tərəflər, həmçinin bir çox yeni və inkişaf etməkdə olan tətbiq olunan süni intellekt, kvant texnologiyaları və bəzi sualtı sistemlərində əməkdaşlığı stimullaşdırmağa yönəlmiş tədbirlər görməyi planlaşdırırlar.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026