ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Vaşinqtonun artıq Rusiya əleyhinə yeni sanksiyalar hazırlaması ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləməkdən imtina edib.
Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, o, Tramp administrasiyasının artıq yeni anti-Rusiya məhdudiyyətləri hazırladığı və Vaşinqtonun Kiyev üçün Amerika silahlarının alınmasını maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərinin ələ keçirilməsini dəstəklədiyi barədə xəbərləri şərh edib.
Metyu Uitaker qeyd edib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ABŞ prezidenti Donald Trampın ata biləcəyi addımlar var.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ABŞ administrasiyasının bu cür hərəkətləri ilə yalnız Rusiya-Amerika münasibətlərinə xələl gətirdiyini bildirib.
Gülşən Şərif
Bakı 


