Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Apostol Kitabxanasında olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində paylaşım edib.
“Bəşər tarixinin bu misilsiz xəzinəsi bizə əsrlər boyu əlyazmalarda və mətnlərdə qorunan dialoqun gücünü xatırladır. Öz zəngin multikulturalizm ənənəsi olan Azərbaycan ortaq gələcəyimiz üçün daha dərin qarşılıqlı anlaşmaya aparan yol kimi belə sivilizasiyalararası mübadiləni dəstəkləməkdən qürur duyur”,- deyə Bayramov paylaşımda qeyd edib.
Bakı 






